Yaponiyada zəlzələdə xəsarət alanların sayı artdı
12-05-2023, 16:05
950

Yaponiyada zəlzələdə xəsarət alanların sayı artdı

Yaponiyanın şərqində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı səkkiz nəfərə çatıb.
Bundan əvvəl zərərçəkənlərin üç nəfər olduğu deyilirdi. Zəlzələnin episentri Çiba prefekturasının Kisarazu şəhəri yaxınlığında yerləşib.
Hadisə şahidlərinin sözlərinə görə, təbii fəlakət nəticəsində binalara ziyan dəyib, evlərin damından kirəmitlər düşüb, pəncərələr sınıb, bəzi binalarda liftlər dayanıb.
Yaponiya Meteorologiya Agentliyi ehtiyatlı olmağa çağırıb, çünki afterşoklar həftə ərzində müşahidə oluna bilər.



Oxşar xəbərlər