Yeniyetmələr yaşlı qadını döyə-döyə öldürdülər
12-05-2023, 16:08
6 519

Yeniyetmələr yaşlı qadını döyə-döyə öldürdülər

Moskva vilayətində yeniyetmələr əlil olan 79 yaşlı pensiyaçını döyərək öldürüblər.
Rusiya KİV xəbər verir ki, yaşlı qadına hücumun təşkilatçısı onun 19 yaşlı qonşusu olub. Oğlan yaşlı qonşusunun guya ondan nəsə oğurladığını bəhanə edərək, əsəbiləşib.
Yeniyetmələrin hücumuna məruz qalan yaşlı qadın çoxsaylı xəsarətlər alıb. O, xəstəxanada dünyasını dəyişib. Yaşlı qadının ölümünün səbəbinin infarkt ola biləcəyi ehtimal edilir.
Onu döyənlər isə hadisəni videoya çəkiblər. Araşdırma aparılır.

Oxşar xəbərlər