Blinkenin birinci müavini istefa verəcək
12-05-2023, 16:39
6 479

Blinkenin birinci müavini istefa verəcək

ABŞ dövlət katibinin birinci müavini Vendi Şermanın yayda vəzifəsini tərk edəcəyi gözlənilir.
Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Şermanın gedişindən sonra dövlət katibinin birinci müavini vəzifəsini kimin tutacağı məlum deyil. ABŞ Konqresinin Senatı Şermanın 2021-ci ildə ABŞ Dövlət Departamenti rəhbərinin birinci müavini vəzifəsinə namizədliyini təsdiqləyib.  O, bu vəzifəyə təyin olunan ilk qadındır. 

Oxşar xəbərlər