Dünyanın ən yaşlı itinə ad günü keçiriləcək - Müxtəlif ölkələrdən qonaqlar gəlir
12-05-2023, 17:01
6 546

Dünyanın ən yaşlı itinə ad günü keçiriləcək - Müxtəlif ölkələrdən qonaqlar gəlir

Dünyanın ən yaşlı itinə ad günü keçiriləcək.  
Xarici media xəbər verir ki, 31 yaşı olan itin sahibi ona ad günü məclisi təşkil etmək qərarına gəlib. 
Bobi adlı itin doğum günü mayın 13-də Portuqaliyanın Conqueiros kəndində baş tutacaq. Onun ad gününə ailəsi, dostları, qonşular və hətta başqa ölkələrdən qonaqlar da gələcək. 
Bobbi dünyanın ən yaşlı itidir. Onun adı Ginnesin Rekordlar Kitabına da düşüb. Bobini şəxsən görmək üçün dünyanın hər yerindən olan insanlar ad gününə getməyi düşünür. Qonaqlara ət və balıqdan hazırlanmış dadlı yeməklər təqdim olunacaq. Bobinin sahibi, 38 yaşlı Leonel Kosta itinə ənənəvi Portuqaliya partisi planlaşdırıb. 
Qeyd edək ki, Bobi təmiz cins Rafeiro do Alentejo, Portuqaliya ferma itlərinin bir növüdür. Onların orta ömür müddəti adətən 12 ilə 14 il arasındadır. Lakin Bobinin artıq 31 yaşı var və sahibinin dediyinə görə, onun səhhəti yaxşıdır.


 

Oxşar xəbərlər