Arvadını öldürüb qaçan kişi 16 il sonra tapıldı
12-05-2023, 17:03
6 555

Arvadını öldürüb qaçan kişi 16 il sonra tapıldı

Arvadını öldürüb qaçan 63 yaşlı Adirek adlı Tailand sakini 16 ildən sonra məbəddə tapılıb.
Xarici mətbuat xəbər verir ki, kişi bir gün arvadı ilə birlikdə qayınanasına baş çəkməyə gedib. Adirək yolda arvadını dəbilqə ilə öldürüb. Bundan sonra meyiti yola ataraq hadisə yerindən qaçıb. Araşdırmadan sonra cinayətin törədildiyi Phitsanulok əyalət Məhkəməsi Adirek haqqında həbs qərarı çıxarsa da, 16 ilə yaxın idi qatil tapılmayıb.
2023-cü ildə polis cinayətkarın Royet əyalətindəki məbəddə gizləndiyini öyrənib. Adirek saxlanılıb. O, arvadını öldürdüyünü etiraf edib.
Hazırda faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər