Qadın rəfiqəsini 3 yumruqla öldürdü
12-05-2023, 17:17
6 568

Qadın rəfiqəsini 3 yumruqla öldürdü

Rusiyada qadın rəfiqəsini öldürüb.
Yerli media bildirir ki, hadisə Omsk vilayətinin Konezavodski kəndində baş verib.
Məlumata görə, dostlar əvvəlcə spirtli içki qəbul ediblər. Sonra aralarında münaqişə yaranıb və münaqişə davaya çevrilib. Dava zamanı dəfələrlə məhkum olunmuş rusiyalı qadın içki içən yoldaşına yumruğu ilə üç zərbə endirib. Zərbələrin təsirindən sonra o, ölüb.
Qadın öldürdüyü dostunun meyitini talvarda gizlədib. Bir müddət sonra meyit tapılıb, qadın isə saxlanılıb.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Oxşar xəbərlər