Rusiyada dibi görünməyən “Cəhənnəm portalın”dan qorxunc görüntülər
12-05-2023, 17:21
6 627

Rusiyada dibi görünməyən “Cəhənnəm portalın”dan qorxunc görüntülər

Rusiyanın Kemerovo vilayətində yerli sakinlərin deyimi ilə “cəhənnəm portalı” genişlənib. 
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Məlumata görə, Şeregeşdə dəmir filizi mədəni çöküb. Çökəklik ilk dəfə keçən ilin dekabrında ortaya çıxıb, lakin süxurlar dağılmağa davam edib və son günlər xüsusən intensivləşib.
Kemerovo vilayətinin Taştaqolski rayonunun administrasiyası çökmənin gözlənilən olduğu üçün yaxınlıqdakı evlərdən sakinlərin əvvəlcədən köçürüldüyünü bildirib:
“Mədən sahəsinin sərhədləri daxilində torpağın çökməsi əvvəlcədən proqnozlaşdırılıb.  Bu səbəbdən mümkün çökmə ərazisi hasara alınıb və xəbərdarlıq nişanları ilə işarələnib”.
O da bildirilir ki, hazırda bu nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır.
Mənbə: “Podyom” “Telegram” kanalı

Oxşar xəbərlər