Çavuşoğlu Kılıçdaroğlunun layihəsindən DANIŞDI
13-05-2023, 23:31
15 971

Çavuşoğlu Kılıçdaroğlunun layihəsindən DANIŞDI

“Kılıçdaroğlu meqalayihə adlandırdığı layihələrində Azərbaycanı kənarda qoyur”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, illərdir biz Azərbaycanla bir çox layihəni həyata keçirmişik: “Millətimiz bunların hamısını dəyərləndirir. Digər tərəfdən Ukrayna savaşında Türkiyənin oynadığı rola görə bu gün Türkiyə çox sayqın bir ölkəyə çevrildi. Bunun memarı Prezident Ərdoğandır. Taxıl sazişi dünyadakı qida böhranının yaranmasına mane oldu. Amma Kılıçdaroğlu çıxıb deyir ki, mən qərbliyəm, tərəfsiz olmayacağam”.

Oxşar xəbərlər