İsrail və Fələstin arasında atəşkəs qısa çəkdi
14-05-2023, 18:52
9 116

İsrail və Fələstin arasında atəşkəs qısa çəkdi

Qəzza zolağında yerləşən fələstinli qruplar və İsrail qarşılıqlı atəşkəs haqqında razılığa gəliblər.
Məlumata görə, razılaşma dünən yerli vaxtla saat 22:00-dan (Bakı vaxtilə saat 23:00-dan) etibarən qüvvəyə minib. Bildirilib ki, atəşkəs barədə razılıq Misirin fəal vasitəçiliyi ilə əldə olunub.
Lakin atəşkəsin qüvvəyə minməsindən qısa bir müddət sonra İsrail ordusu Qəzzada antiterror əməliyyatlarının davam etdirildiyini bəyan edib. Qeyd olunub ki, əməliyyat nəticəsində İsraili hədəf alan raket qurğuları məhv edilib. 
Mənbə: TASS

Oxşar xəbərlər