TDT Türkiyədəki seçkilərlə bağlı rəyini açıqladı
15-05-2023, 12:53
958

TDT Türkiyədəki seçkilərlə bağlı rəyini açıqladı

Türk Dövlətləri Təşkilatı seçkilərlə əlaqədar 11-14 may tarixlərində Türkiyəyə Beynəlxalq Seçki Müşahidə Missiyası göndərib.
TDT müşahidəçi heyəti Türkiyədəki prezident və parlament seçkilərinin gedişini izləyib və rəyini açıqlayıb.
Rəydə səsvermə günü xalqın azad iradəsindən istifadə etməsi üçün bütün zəruri şərait yaradıldığı qeyd olunub. Bildirilib ki, seçkilərin tərəfsiz müşahidəsi üçün beynəlxalq şərtlər tətbiq olunub.

Oxşar xəbərlər