Dostu Hazal Kaya haqqında nələr danışdı? – “Üç qutu pizzanı birdən yeyir”
15-05-2023, 13:06
1 104

Dostu Hazal Kaya haqqında nələr danışdı? – “Üç qutu pizzanı birdən yeyir”

Aktyor Enis Arıkan yaxın dostu, məşhur aktrisa Hazal Kaya haqqında maraqlı açıqlama verib. 
Xarici media xəbərinə görə, o çox yeməsinə baxmayaraq, Hazalın kilosunu necə qoruduğuna heyrətləndiyini bildirib.
“Bir dəfə film çəkilişi zamanı nəyəsə çox əsəbiləşmişdi. Filmdə çəkilən son səhnə nahar süfrəsi səhnəsiydi. O masa başında yemək yeyib qalxdı. Lakin rejissorun bir kəlməsinə əsəbiləşdi. Məndən xahiş etdi ki, ona yemək alım.
Dörd pizza sifariş verdim. Düşündüm ki, birini o yeyər, birini mən, yanımızdakı insanlarla da paylaşarıq. Pizza gələn kimi Hazal hamısını qarşısına çəkdi. 3 qutu, böyük ölçülü pizzanı bir nəfəsə yedi. Mən heyrət içində qalmışdım. Bir qutunu əlindən zorla ala bildim. Halının pisləşəcəyindən qorxdum”.

Oxşar xəbərlər