Türkiyə millisinin keçmiş futbolçusu seçkidə uğursuzluğa düçar oldu
15-05-2023, 15:17
1 319

Türkiyə millisinin keçmiş futbolçusu seçkidə uğursuzluğa düçar oldu

Türkiyə millisinin keçmiş futbolçusu Gökhan Zan parlament seçkisində uğur qazana bilməyib.
İYİ partiyasından Hatayda namizədliyini irəli sürən keçmiş müdafiəçi, qeyri-rəsmi məlumatlara əsasən, kifayət qədər səs toplaya bilməyib.
Qeyd edək ki, “Beşiktaş” və “Qalatasaray” kimi klubların formasını geyinmiş Gökhan Zan Türkiyə millisində 30 oyun keçirib.
Mənbə: Haber Global

Oxşar xəbərlər