Kılıçdaroğlunun müavini istefa verdi
16-05-2023, 10:29
516

Kılıçdaroğlunun müavini istefa verdi

CHP-nin sədr müavini Onursal Adıgözəl istefa verib. 
O, "Twitter" hesabında istefa ərizəsini təqdim edib. 
Məlumata görə, istefaya səbəb Adıgözəlin sosial mediada tənqidlərə cavabı olub. 
Belə ki, CHP-nin mayın 14-ü axşam saatlarında seçkinin nəticələrini rəsmi şəkildə TV-də dərc etməməsi böyük reaksiyalara səbəb olub. O, vətəndaşlara cavabında "Cümhuriyyət Xalq Partiyası olaraq heç vaxt hər kəs üçün əlçatan bir seçki nəticələri ekranı yayımlamaq öhdəliyi götürməmişik", - deyə qeyd etmişdi. 
Bu açıqlamadan saatlar sonra CHP sədri Kamal Kılıçdaroğlu CHP İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə müavinini Onursal Adıgözəli vəzifəsindən azad edib.
Adıgüzel sosial media hesabından açıqlamasında bunları deyib: "İctimaidəki mənfi rəyə görə, 2018-ci ildən bəri davam etdirdiyim işimi, liderimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün, sistemlərimizin axşam saatlarında işləməsinə baxmayaraq, vəzifəmi tərk edirəm. Seçkilərdə heç bir texniki problem yox idi".

  • Kılıçdaroğlunun müavini istefa verdi - FOTO
  • Kılıçdaroğlunun müavini istefa verdi - FOTO

Oxşar xəbərlər