Britni Spirsin oğulları ondan üz döndərdilər
16-05-2023, 12:52
1 011

Britni Spirsin oğulları ondan üz döndərdilər

Dünya şöhrətli pop müğənni Britni Spirs 1 ildən çoxdur oğlanlarından ayrı yaşayır.
Xarici mətbuat xəbərinə görə, uşaqları analarının telefon zənglərinə cavab vermirlər. Bu barədə müğənni özü müsahibəsində danışıb.
Spirsin 17 yaşlı oğlu Şon Preston və 16 yaşlı oğlu Ceyden Ceyms il yarımdır onunla küsülüdürlər.
Britni Spirs idmançı Sem Asqari ilə evləndikdən sonra oğulları ondan üz döndəriblər.

Oxşar xəbərlər