Rusiyanın keçid məntəqəsinə PUA hücumu edildi
16-05-2023, 13:06
995

Rusiyanın keçid məntəqəsinə PUA hücumu edildi

Rusiyanın Bryansk vilayətinin Klimovski rayonundakı "Novıe Yurkoviçi" avtomobil keçid məntəqəsinə kamikadze pilotsuz uçuş aparatı (PUA) hücumu olub. 
Xarici KİV xəbər verir ki, zərbə nəticəsində xəsarət alan olmayıb. Rusiya Müdafiə Nazirliyi məlumatı şərh etməyib.
Məlumata görə, döyüş başlığı olan PUA hücumu nəticəsində inzibati binaya ziyan dəyib. 
Qeyd edək ki, "Yeni Yurkoviçi" keçid məntəqəsi Ukrayna sərhədindən 350 metr aralıda yerləşir.

Oxşar xəbərlər