"Soros insanlığa nifrət edir" - İlon Mask
16-05-2023, 13:25
887

"Soros insanlığa nifrət edir" - İlon Mask

"Amerikalı milyarder Corc Soros insanlığa nifrət edir". 
Bu barədə Tesla şirkətinin baş direktoru İlon Mask öz "Twitter" səhifəsində yazıb.
"Siz güman edirsiniz ki, (Sorosun - red.) yaxşı niyyəti var. Bu, səhvdir. O, sivilizasiyanın parçasını məhv etmək istəyir. Soros insanlığa nifrət edir", - deyə Mask bildirib. 
Qeyd edək ki, mayın 15-də bir sıra Amerika KİV-ləri Sorosun guya infarktdan öldüyünü yazıblar, lakin bu xəbər rəsmi təsdiqini tapmayıb.

Oxşar xəbərlər