Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
16-05-2023, 13:34
876

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 199 980 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 762 tank, 7 348 zirehli maşın, 3 150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 732 PUA, 973 qanadlı raket, 18 gəmi/qayıq, 6 048 avtomobil texnikası və avtosistern, 410 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər