"Seçkilər zamanı Türkiyədə 356 hadisə baş verib" - Süleyman Soylu
16-05-2023, 13:40
1 009

"Seçkilər zamanı Türkiyədə 356 hadisə baş verib" - Süleyman Soylu

Mayın 14-də keçirilən seçkilər zamanı 356 hadisə baş verib. 
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 
O, cari seçkilərdə əvvəlki seçkilərə nisbətən daha az hadisə baş verdiyini deyib: "Yəni bütün Türkiyədə daha az sakit və mötədil bir seçki keçdi. Fürsətdən istifadə edərək, hamınızın hüzurunda bütün siyasi orqanlara, millətimizə, xüsusən də təhlükəsizlik qüvvələrimizə təşəkkürümü bildirmək istəyirəm. 
Bu seçkinin və Türkiyənin Prezident Hökümət Sisteminin ən mühüm nəticələrindən biri sabitlikdir. Qarşıdakı beş il Türkiyənin yüksəldiyi bir il olacaq. Qarşıdakı beş il türk demokratiyasının yüksələcəyi, Türkiyə iqtisadiyyatının yüksələcəyi, türk hüquq sisteminin bütün dünyaya nümunə olacağı bir il olacaq. Növbəti beş il istehsalımızın artacağı, ixracımızın artacağı, məşğulluğun artacağı il olacaq. Müdafiə sənayemizin bütün dünyaya nümunə göstərəcəyi beş illik bir dövr olacaq". 

Oxşar xəbərlər