2 Türk hərbçisi terrorçularla atışma zamanı şəhid oldu
16-05-2023, 13:51
998

2 Türk hərbçisi terrorçularla atışma zamanı şəhid oldu

Türkiyə Ordusunun 2 hərbi qulluqçusu terrorçularla mübarizə zamanı şəhid olub.
Türkiyə mətbuatı bildirir ki, onlar Şırnak bölgəsinin Bestler Derelər adlı bölgəsində həlak olub. 
Məlumata görə, Türk Ordusunun dünəndən bəri əməliyyat keçirdiyi bölgədə quru axtarışları zamanı mağarada qalan bir qrup terrorçu ilə atışma baş verib. 
Silahlı qarşıdurma nəticəsində daha iki terrorçu zərərsizləşdirilib. 
Əməliyyatda 1 mühafizəçi və 1 jandarma əməkdaşı ağır yaralanıb.

Oxşar xəbərlər