Ukrayna Ali Məhkəməsinin sədri həbs edildi
16-05-2023, 15:20
1 126

Ukrayna Ali Məhkəməsinin sədri həbs edildi

Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Knyazev həbs edilib.
Bu barədə Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun (NABU) mətbuat xidməti məlumat yayıb. 
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları  Knyazevin 3 milyon dollar məbləğində rüşvət alma anını lentə alıblar.
Knyazev-in həbsi fonunda Poltava işinə baxan Ali Məhkəmənin daha 18 hakimində axtarışlar aparılır.
Xatırladırıq ki, Vsevolod Knyazev 2021-ci il dekabrın 1-dən Ali Məhkəmənin sədridir.

Oxşar xəbərlər