Aktrisa Sezen Aksunun oğlu ilə evlənir
16-05-2023, 15:39
6 822

Aktrisa Sezen Aksunun oğlu ilə evlənir

Portuqaliyadakı tətillərindən qayıdan Alina Boz və Mithat Can Özerin evlənəcəkləri iddia olunub. 
Bakupost.az xəbər verir ki, cütlük 2027-ci ildə Portuqaliyada evlənəcək.
İddialara Mithat Can Özerin 2027-ci ildə Portuqaliya vətəndaşlığı alacağı ilə bağlı xəbərlər səbəb olub.
Vətəndaşlıq alındıqdan sonra elə Portuqaliyada nikah mərasimi keçirəcəkləri qeyd olunub.
Cütlük hələki çıxan xəbərlərlə bağlı açıqlama verməyib.
Qeyd edək ki, 24 yaşlı Alina Boz 4 ildir özündən 17 yaş böyük olan Mithat Can Özerlə sevgilidir.
Mithat Can Özer məşhur müğənni Sezen Aksunun oğludur. 

Oxşar xəbərlər