İslandiyada Avropa Şurasının sammiti başlayır
16-05-2023, 16:14
6 658

İslandiyada Avropa Şurasının sammiti başlayır

İslandiyanın paytaxtında Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının ikigünlük sammiti başlayır. 
Reykyavikdə keçirilən görüş Təşkilatın 1949-cu ildən bəri 4-cü sammitidir.
"Sammit Avropa liderləri üçün Avropa Şurasının əsas dəyərlərinə ümumi sadiqliklərini təsdiqləmək və insan hüquqları və demokratiyaya qarşı yeni təhdidlər fonunda öz missiyasını yenidən istiqamətləndirmək, habelə Ukraynaya dəstəyi davam etdirmək üçün tarixi fürsət olacaq", - Avropa Şurasının  saytında bildirilir.

Oxşar xəbərlər