Aclıq hissi qocalmanı YAVAŞLADIR
16-05-2023, 16:17
6 634

Aclıq hissi qocalmanı YAVAŞLADIR

Miçiqan Universitetinin alimləri aclıq hissinin qocalmanı yavaşlatdığını müəyyən ediblər. 
Xarici KİV xəbər verir ki, təcrübə zamanı alimlər milçəklərin qida rasionunda şaxələnmiş zəncirli amin turşularının (BCAA) nisbətini azaltmaqla onların ac qalmasına səbəb olublar.
Bu böcəklər aclığın göstəricisi olan şəkərdən daha çox mayaya üstünlük veriblər və BCAA-larda yüksək pəhriz yeyən milçəklərdən xeyli uzun yaşayıblar.
Tədqiqatçılar həmçinin optogenetik adlanan yanaşmadan istifadə edərək milçəklərdə aclıqla əlaqəli neyronları qırmızı işıqla aktivləşdiriblər. Bu böcəklər işıq stimuluna məruz qalmayan milçəklərdən iki dəfə çox qida istehlak edirdilər. Bundan əlavə, bu milçəklər də xeyli uzun yaşayıblar.
Müəlliflər tədqiqatın nəticələrini insanlara ekstrapolyasiya edərkən ehtiyatlı olmaq lazım olduğunu vurğulasalar da, digər növlərdə də aclıq və uzunömürlülüklə bağlı oxşar mexanizmlərin mövcud olduğunu göstərən dəlillər var.

Oxşar xəbərlər