"Bayden xəstə adamdır" - Volodin
16-05-2023, 17:12
6 411

"Bayden xəstə adamdır" - Volodin

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ prezidenti Co Baydeni xəstə adam adlandırıb.
Volodin bu barədə Dövlət Dumasının plenar iclasında çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, Fransa, ABŞ, Ukrayna və Almaniyanın hazırkı liderlərinin siyasi əsri çox çəkməyəcək. 
"Emmanuel Makron, Co Bayden və Volodimir Zelenski , həmçinin Almaniya kansleri Olaf Şolts gələcəkdə bu gözəl dünyada olmayacaqlar. Onlar keçmişin adamlarıdır. Həmin liderlər öz vətəndaşları tərəfindən bağışlanmayacaqlar".
Volodin onu da bildirib ki, Almaniyanın hazırkı kansleri faktiki olaraq Almaniya iqtisadiyyatını məhv edir.

Oxşar xəbərlər