Rusiyada eks-deputat narkotikə görə həbs olundu
16-05-2023, 17:14
6 406

Rusiyada eks-deputat narkotikə görə həbs olundu

Rusiyanın Novosibirsk şəhərinin Kalininski rayon məhkəməsi eks-deputat Roman Yanovu 6 il müddətinə azadlıqdan məhrum edib. 
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. 
Deputat narkotik qaçaqmalçılığı işi üzrə həbs edilib. O, bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılmaqla, külli miqdarda narkotik vasitələrin Gömrük İttifaqının gömrük sərhədindən qanunsuz keçirilməsi ilə bağlı ittiham edilib. Yanov cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Oxşar xəbərlər