"ABŞ prezidentinin normal bir insan olmasını istərdim" - İlon Mask
17-05-2023, 18:59
9 024

"ABŞ prezidentinin normal bir insan olmasını istərdim" - İlon Mask

"Mən ABŞ prezidentinin normal bir insan olmasını istərdim". 
Bunu amerikalı milyarder İlon Mask jurnalistlərə verdiyi müsahibədə deyib. 
O, 2020-ci ildə ABŞ-də keçirilən prezident seçkilərində Co Baydenə səs verdiyini, lakin eçimindən narazı olduğunu bildirib: "Köhnə bir deyim var: Bizi Harvard məzunları yox, telefon kontaktından təsadüfən işə götürülmüş insanlar idarə etsəydilər". 
Maskın sözlərinə görə, o, prezidentdə peşəkarlığı və öz vəzifələrini yerinə yetirmək bacarığını görmək istərdi. Sahibkar qeyd edib ki, prezident əslində ölkənin baş icraçı direktorudur və onun yaxşı direktor olub-olmaması çox vacibdir.

Oxşar xəbərlər