Şakira vergidən yayınmada ittiham olunur
17-05-2023, 21:27
8 995

Şakira vergidən yayınmada ittiham olunur

Müğənni Şakira 230 min dollarlıq yaxtada istirahət edərkən görüntülənib. 
Bu barədə Daily Mail məlumat yayıb .
46 yaşlı Şakira Mayamidə dostları ilə Mastercraft X24 gəmisində dincəlib. Yaxtanın qiyməti 230 min dollardır. Barselonada müğənni İspaniya vergi xidmətinə qarşı dörd cinayətdə ittiham olunacaq. İddiaya görə o, 2012, 2013 və 2014-cü illər üçün gəlir və sərvət vergisi bəyannamələrini təqdim etməyib və vergi tutulan vəsaitləri ofşor hesablara çəkib. Yüzlərlə şahidin ifadə verəcəyi ümumilikdə 12 məhkəmə iclası təyin edilib.
Bundan əvvəl Şakira və Tom Kruzun romantik şayiələrə səbəb olduğu bildirilirdi .

Oxşar xəbərlər