Türkiyə PKK-nın "maliyyə məmuru"nu Suriyada zərərsizləşdirdi
17-05-2023, 11:03
855

Türkiyə PKK-nın "maliyyə məmuru"nu Suriyada zərərsizləşdirdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) terror təşkilatı PKK/YPG-nin sözdə (Kobani) maliyyə məmuru Tuba Karakoçu Suriyada keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib.
Bu barədə MİT məlumat yayıb. 
Məlumata görə, Karakoç 2013-cü ildə terror təşkilatı PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyanın bir çox bölgələrində fəaliyyət göstərib.
Onun Suriyadakı məsuliyyətinə görə təşkilata maliyyə dəstəyi vermək üçün İraqa getdiyi öyrənilib. Bunun ardınca MİT-in Suriyanın Sirrin/Ayn İsa bölgəsində keçirdiyi əməliyyatda Karakoç zərərsizləşdirilib.

Oxşar xəbərlər