Dünya
17-05-2023, 12:01
1 089
"ABŞ Ermənistana Rusiyadan imtina etməyi tövsiyə edir" - Lavrov
"ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi “tövsiyə edir”, bunun müqabilində “təhlükəsizliyi təmin edəcəyini” vəd edir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində bildirib.
"Bizdə belə bir məlumat var, onlar (ABŞ və onun müttəfiqləri) deyirlər ki, rusları öz ərazinizdən qovun. Amerikalılar təhlükəsizliyin təmin olunmasına kömək edəcək. Bu diplomatiya deyil, açkar təxribatdır... Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var”, - deyə Lavrov qeyd edib.
O, həmçinin xatırladıb ki, ABŞ tez-gec müttəfiqlərini tərk edir.
“Biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən Misir prezidenti Hüsnü Mübarəkdən əl çəkdilər. ABŞ bu ölkənin iyirmi illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyindən əl çəkdi", Lavrov xatırladıb.
Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşdirilib.