Dünyada edamların sayı son beş ildə rekord həddə çatıb
17-05-2023, 12:49
1 094

Dünyada edamların sayı son beş ildə rekord həddə çatıb

2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək səviyyəyə çatıb. Onlara ölüm hökmü çıxarılıb və 20 ölkədə 883 nəfərin barəsində çıxarılan hökm icra olunub.
Bu, ötən illə müqayisədə 53% çoxdur.
Bu barədə “Amnesty International”ın yaydığı hesabatda qeyd edilir.
Qeyd olunur ki, edamların sayında kəskin artım Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verib. Burada göstəricilər 2021-ci ildə 520 idisə, 2022-ci ildə 825-ə çatıb.
İranda il ərzində edamların sayı 314-dən 576-ya, Səudiyyə Ərəbistanında 65-dən 196-ya, ABŞ-də 11-dən 18-ə yüksəlib. Misirdə 2002-ci ildə 24 nəfər edam edilib.

Oxşar xəbərlər