İlk platasız televizor TƏQDİM EDİLDİ: Rezerv etməyə tələsin
17-05-2023, 14:33
1 300

İlk platasız televizor TƏQDİM EDİLDİ: Rezerv etməyə tələsin

"Telly" firması birində reklamları göstərən iki ekranlı platasız televizor təqdim edib.
İstehsalçı ikinci ekranı "Smart Display" adlandırıb. O, əsas ekrandan səs paneli ilə ayrılıb. Reklamla yanaşı, müxtəlif vidjetləri də (idman xalları, xəbərlər xətti, hava və səhm qiymətləri) göstərə bilər.
Əsas ekran 55 düymlük 4K HDR paneli və şirkətin TellyOS əməliyyat sistemini alıb. Televizorda 3 HDMI girişi, 2 USB girişi və TV tüneri var.
Şirkətin fikrincə, reklamlar əsas displeydə baş verənlərə mane olmamalıdır. Eyni zamanda, "Telly"nin strategiya üzrə baş direktoru Dallas Lourens bildirib ki, televizor istifadə olunmayan zaman reklamlar hər iki displeydən istifadə edə bilər.
O iddia edir ki, cihaz "baxdığınız audio və video məzmun, baxdığınız kanallar və baxış seanslarınızın müddəti haqqında məlumat toplaya bilər". 
İstehlakçılar bu yay göndəriləcək 500.000 platasız cihazdan birini rezerv edə bilərlər.

Oxşar xəbərlər