Balıqçı gəmisi batdı: 39 nəfər itkin düşdü
17-05-2023, 15:48
981

Balıqçı gəmisi batdı: 39 nəfər itkin düşdü

Çinin balıqçı gəmisi Hind okeanının mərkəzində batıb, 39 ekipaj üzvü itkin düşüb.
Xarici media xəbərinə görə, itkin düşən dənizçilərin 17-si Çin, 17-si İndoneziya və 5- Filippindəndir 
Ekipaj üzvlərindən heç biri tapılmasa da, axtarış-xilasetmə işləri davam edir.
Əməliyyatı Çinin rəhbəri Si Tsinpin nəzarətə götürüb. O, faciə yerinə ən yaxın olan Şandun əyalətinin hakimiyyət orqanlarına xilasediciləri işə salmağı tapşırıb. Bundan əlavə, Çin Xarici İşlər Nazirliyi dənizçilərin tapılmasında kömək üçün Avstraliya, Şri-Lanka, İndoneziya, Filippin və digər ölkələrin nümayəndələrinə müraciət edib.

Oxşar xəbərlər