Qısqanc ər arvadını öldürüb intihar etdi
17-05-2023, 16:38
6 125

Qısqanc ər arvadını öldürüb intihar etdi

Rusiyanın Arxangelsk vilayətində ər arvadını öldürüb.
Yerli media bildirir ki, Nenets Muxtar Dairəsinin Ust-Pineqa kəndi yaxınlığındakı meşədə qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları burada başından güllə yarası almış 40 yaşlı qadının meyiti tapıblar.
Məlumata görə, qadını əri qısqanclıq zəminində növbəti mübahisə zamanı öldürüb. O, arvadını meşəyə aparıb və tapança ilə başına atəş açıb. Zərərçəkmiş güllə yarasından yerindəcə keçinib.
Daha sonra 44 yaşlı kişi özünü də öldürüb.
Araşdırma aparılır.

Oxşar xəbərlər