Paşinyanın oğlunun qaçırılma iddiası ilə bağlı TƏFƏRRÜATLAR
17-05-2023, 17:13
6 138

Paşinyanın oğlunun qaçırılma iddiası ilə bağlı TƏFƏRRÜATLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhd olunması ilə bağlı erməni KİV məlumat yayıb. 
Erməni mətbuatı bildirir ki, hadisə ilə bağlı ittiham olunan tərəf açıqlama verərək A.Paşinyanın özünü maşından atmasını iddia edib. 
İttiham olunan "Oğulların çağırışı" QHT-nin üzvü Qarik Qaleyan bu barədə yayılan məlumatları təkzib edib: "Bu gün biz Aşot Paşinyanı Qareq Njdedəki inzibati məhkəməni tərk edəndən sonra gördük. 44 günlük müharibədə öldürülən Jora Martirosyanın anası Qayane Martirosyan ona yaxınlaşaraq dedi ki, "Min mənim maşınıma, Yerablur qəbiristanlığına gedək. Orada heç bir zorakılıq yox idi, sakitcə qapını açıb oturdu. 
O və qadın maşında idi. Aşot yolda qapını açıb özünü çölə atdı. Birtəhər əyləci basdım ki, maşının altına düşməsin. Bundan sonra Aşot özbaşına qaçmağa başladı. Kameralar var, nə baş verdiyini görəcəklər". 

Oxşar xəbərlər