74 gündür suda yaşayır, hədəfi 100 gündür - REKORD
17-05-2023, 17:55
6 192

74 gündür suda yaşayır, hədəfi 100 gündür - REKORD

Bu yaxınlarda su altında 73-cü gününü tamamlayan Cozef Dituridən yeni xəbər gəlib.
Xarici media bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrində Dr. Cozef Dituri su altında ən uzun müddət yaşayan insan rekordunu qırıb. Dituri 74 gündən çoxdur ki, kiçik otaqda yaşayır.
Dituri Florida ştatının Key Larqo şəhərində, təxminən 9 metr dərinlikdə yerləşən göldə yaşayır. Dituri hələ də yaşadığı yeri tərk etməyib və hədəfi 100 gündür.
İyunun 9-na kimi qalmağı planlaşdıran Dituri bu məqsədinə çatarsa, 100 gün su altında yaşama rekordunu qıracaq.
Onun su altında yaşamasının səbəbi “Project Neptun 100 (Neptun 100 Project)” adlı araşdırmadır. Dəniz Resurslarının İnkişafı Fondu tərəfindən aparılan araşdırma insan psixologiyasını və bədənin uzun müddət davam edən əlavə təzyiqə reaksiyasını ölçür.
Cozef Diturinin sözlərinə görə, ideya dünya okeanlarını doldurmaq, orada yaşayaraq onlara qayğı göstərmək və onlarla həqiqətən yaxşı davranmaqdır.
Yaşadığı yerdə kompüter, telefon və mikrodalğalı soba var. O, qidasını yumurta və qızılbalıq kimi protein əsaslı qidalarla təmin edir.
Diturinin ən çox darıxdığı şey günəş işığıdır. Ən uzun sualtı həyat rekordu 73 gün 2 saat 34 dəqiqə ilə Bruce Cantrell və Jessica Fain-ə məxsusdur.
74 gündür suda yaşayır, hədəfi 100 gündür - REKORD74 gündür suda yaşayır, hədəfi 100 gündür - REKORD

Oxşar xəbərlər