Kann Film Festivalının açılışı necə keçdi?
17-05-2023, 18:36
6 047

Kann Film Festivalının açılışı necə keçdi?

Mayın 16-da 76-cı Kann Film Festivalının açılış mərasimi baş tutub.
Film festivalı tarixində ilk dəfə olaraq Almaniyadan olan qadın prodüser İris Knobloç president seçilib. Münsiflər heyətinə isveçli rejissor, “Qızıl Palma” budağının ikiqat qalibi Ruben Östlund rəhbərlik edib.
Bu dəfəki proqrama yaşlı nəsil rejissorlarının - artıq birdən çox “Kann” mükafatına sahib olan klassiklərin xeyli filmləri daxildir. Əsas müsabiqəyə Ues Anderson, Aki Kaurismäki, Vim Venders, Ketrin Breuil və başqalarının filmləri daxil olub. Martin Skorsezenin “The Flower Moon Killers” əsəri müsabiqədən kənarda qalıb.
Açılış mərasimində aktyor Maykl Duqlasa kinonun inkişafındakı müstəsna xidmətlərinə görə fəxri “Qızıl palma budağı” verilib. 79 yaşlı sənətçi mükafatı alarkən “Bu festivalın 76 yaşı var, amma mən ondan da yaşlıyam”, - deyə, zarafat edib.
Fransa mediası film festivalının pensiya islahatına etiraz edən nümayişçilər tərəfindən pozula biləcəyi barədə xəbərdarlıq edib. Qrafikə əsasən, baxış mayın 27-i şənbə gününə qədər davam edəcək.

Oxşar xəbərlər