4 bala görə iki ölkədə gərginlik!
17-05-2023, 18:19
5 974

4 bala görə iki ölkədə gərginlik!

Avroviziya mahnı müsabiqəsində daim bir-birinə yüksək xal verən Yunanıstan və Kipr arasında gərginlik yaranıb.
Buna səbəb müsabiqənin finalında yunan xalqının Kiprə 4 bal göndərməsi olub. Sözügedən mövzuda sosial şəbəkələrdə müzakirələr açılıb, rəsmi şəxslər açıqlama yayıb və incəsənət nümayəndələri Yunanıstana etirazını bildiriblər.
Sosial mediada məsələ “xəyanət” kimi qələmə verilib.
Qeyd edək ki, Kipri bu il Endryu Lambroy təmsil edib.  O, “Break A Broken Heart” mahnısı ilə yarışmada 12-ci olmuşdu. Yunanıstan isə bu il finala vəsiqə qazanmamışdı.
 

Oxşar xəbərlər