Krımda dəmiryolunda partlayış oldu, taxıl dolu 5 vaqon relsdən çıxdı
18-05-2023, 10:54
704

Krımda dəmiryolunda partlayış oldu, taxıl dolu 5 vaqon relsdən çıxdı

Rusiyanın ilhaq etdiyi Krımın Simferopol şəhərində dəmiryolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb. 
“Report” xəbər verir ki, məlumatı “Mash” yayıb. 
Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 8.20-də Simferopolun Baxçasaray rayonunda baş verib. İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb. 
Məlumata görə, dəmiryolunun Simferopol-Sevastopol hissəsində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb. 
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra onu ilhaq və öz ərazisi elan edib. 

Oxşar xəbərlər