Putinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI
18-05-2023, 12:39
791

Putinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI

Rusiya və Ukrayna arasında müharibə davam edərkən, Rusiya prezidenti Putinin Qara dəniz sahilindəki gizli bunkerin görüntüləri ortaya çıxıb.
Bu barədə  ABŞ-ın "Business Insider" nəşri araşdırma aparıb.  Belə ki, nəşr milyard dollarlıq yaşayış kompleksinin təfərrüatlarını paylaşaraq, iqamətgahda qəlyan salonu, şərab zirzəmisi, kilsə, buz və helikopter meydançaolduğunu yazıb.  
Yayımlanan sənədlərdə lüks iqamətgahın altında gizli liftin olduğu və 50 metr aşağı enərək Qara dəniz sahilinə çıxışı təmin etdiyi bildirilib:
"Memarlıq təsvirlərinə görə, tunellər çox qalın betondan hazırlanır və təmiz su və təmiz hava təmin edilir. Bunkerdə qalan VIP-lər günlərlə, hətta aylarla sağ qala bilirlər”.
Putinin iqamətgahının altındakı uzun tunellər 3D rəsmlərdə əks olunub.  Xəritə və çertyojlarda tunellərin uzunluğunun 40-60 metr olduğu bildirilərkən, eninin 6 metr olduğu da qeyd olunub.
  • Putinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTO
  • Putinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTO
  • Putinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTO

Oxşar xəbərlər