Ancelina Coli yeni qazanc mənbəyi tapıb
18-05-2023, 18:59
7 623

Ancelina Coli yeni qazanc mənbəyi tapıb

Hollivud ulduzu Ancelina Coli yeni qazanc mənbəyini açıqlayıb.
Xarici media xəbər verir ki, aktrisalıqla yanaşı rejissor və prodüser kimi də tanınan Coli Moda evi açmağa qərar verib.
O, öz brendi olan “Atelier Jolie” Moda evini yaratdığını "Instagram" səhifəsində elan edib.
Aktrisa uzun illərdir müxtəlif  brendlərdən libaslar və zərgərlik məmulatları alır. O, Moda evində müştərilərin maraqlı ideyalarını da reallaşdırmağın mümkün olacağını söyləyib.

Oxşar xəbərlər