Boşanmaq istəyən arvadını ÖLDÜRDÜ
18-05-2023, 13:49
643

Boşanmaq istəyən arvadını ÖLDÜRDÜ

Boşanan kişi arvadını evinin qarşısında öldürüb.
Xarici KİV xəbər verir ki, Türkiyədə 2 uşaq anası Dilek Özdemir ilə boşanma prosesində olan Nazım Özdemir arasında mübahisə düşüb.
Dilek Özdemiri boşanma prosesində olan əri Nazım Özdemir evinin qarşısında tapança ilə güllələyərək öldürüb. Dilek Özdemirin evinin qarşısında başlayan mübahisə qısa müddətdə böyüyərkən, Nazım Özdemir yanında olan ov tüfəngindən həyat yoldaşına atəş açıb. Dilek Özdemir qanlar içində qalarkən Nazım Özdemir hadisə yerindən qaçıb.
Ətrafdakıların xəbərindən sonra hadisə yerinə gələn həkimlər qadının həyatını itirdiyi müəyyən ediblər.
Dilek Özdəmirin cansız bədəni hadisə yerində edilən araşdırmanın ardından Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılarkən, qaçan qatil şübhəlisi əri polis qrupları tərəfindən qısa müddətdə tutulub.
Hadisə ilə bağlı istintaq davam edir.

Boşanma aşamasındaki eş, karısını evinin önünde öldürdü

Oxşar xəbərlər