Qvardiola Çempionlar Liqasının tarixinə düşdü
18-05-2023, 13:58
646

Qvardiola Çempionlar Liqasının tarixinə düşdü

"Mançester Siti" Çempionlar Liqasının 2022/23 mövsümündə yarımfinalda "Real"i ümumi hesabda məğlub edərək finala yüksəlib. 
Madriddəki heç-heçədən (1:1) sonra İngiltərə klubu öz meydanında "Kral klubu"nu darmadağın edib - 4:0.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ı üçüncü dəfə Çempionlar Liqasından kənarlaşdırıb.
Məlumata görə, kataloniyalı mütəxəssis Çempionlar Liqası/Avropa Çempion Klublar Kuboku tarixində bunu edən ilk baş məşqçidir.

Oxşar xəbərlər