“Taxıl sazişi”nin uzadılmasını təsdiqləyən Kreml nəyə ümid edir?
18-05-2023, 14:05
628

“Taxıl sazişi”nin uzadılmasını təsdiqləyən Kreml nəyə ümid edir?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BMT, Ukrayna və Türkiyə ilə “Taxıl sazişi”nin iki ay müddətinə uzadıldığını təsdiqləyib.
Kremlin fikrincə, danışıqlar “nisbi nəticələr” verib. Söhbət, yəqin ki, “Rosselxozbank”ın SWIFT-ə qoşulma imkanlarından gedir. D.Peskov hesab edir ki, bankın üzərindən sanksiyaların götürülməsinə ümid var.
Rusiyanın ammonyak tədarükü probleminin həllinə gəlincə, Peskov bu istiqamətdə işlərin davam etdiyini bildirib.
Qeyd edək ki, mayın 17-də müqavilənin uzadılmasını Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib.
Mənbə: Lenta.ru

Oxşar xəbərlər