"Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik" - KTMT-nin baş katibi
18-05-2023, 14:17
584

"Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik" - KTMT-nin baş katibi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.
Xarici KİV xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır.
"Məmuniyyətlə qeyd olunub ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır. Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Daha sonra ölkələr sərhədin delimitasiyasına başlayacaq", - deyə İmanqali Tasmaqambetov əlavə edib.

Oxşar xəbərlər