Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
18-05-2023, 14:20
641

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 201 100 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 773 tank, 7 373 zirehli maşın, 3 198 artilleriya sistemi, 563 reaktiv yaylım atəşi sistemi, 318 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 759 PUA, 990 qanadlı raket, 18 gəmi/qayıq, 6 073 avtomobil texnikası və avtosistern, 418 xüsusi texnikadan ibarətdir.


Oxşar xəbərlər