Rusiya Ukrayna ilə müharibəyə sahibsiz itləri göndərəcək
18-05-2023, 14:29
621

Rusiya Ukrayna ilə müharibəyə sahibsiz itləri göndərəcək

Rusiya Dövlət Dumasında Ukraynadakı müharibəyə sahibsiz itlərin göndərilməsi təklif edilib.
Xarici mətbuat verdiyi məlumata görə, Dövlət Dumasının deputatı Fedot Tumusov hesab edir ki, sahibsiz itlərin Ukraynaya qarşı müharibədə faydalı olması üçün onlara müxtəlif bacarıqlar öyrədilməlidir.
Siyasətçi qeyd edib ki, Rusiyada itlərə hər cür müxtəlif  bacarıqları öyrədə bilən çoxlu it baxıcıları var.
"İt baxıcıları iri və aqressiv itləri öyrədib müharibədə yaralıların çıxarılmasında köməklik göstərə və minaların təmizlənməsində iştirak edə bilərlər”.

Oxşar xəbərlər