Qoca narkotacir tutuldu: korsetində daşıyırdı
18-05-2023, 14:30
620

Qoca narkotacir tutuldu: korsetində daşıyırdı

Türkiyənin Diyarbəkir şəhərində narkotacir saxlanılıb.
Yerli media bildirir ki, Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən narkotik əməliyyatında yaşlı narkotacir yaxalanıb.
Məlumata görə, saxlanılan şəxs qocalığından istifadə edərək narkokuryerliklə məşğul olub. Onun belindəki korsetdən 9 kilodan çox narkotik götürülüb.
Faktla bağlı cinayət işi açılıb, şübhəli şəxs həbs edilib.



Oxşar xəbərlər