ABŞ-də 20 vaqon relsdən çıxdı
18-05-2023, 15:00
678

ABŞ-də 20 vaqon relsdən çıxdı

ABŞ-nin Aydaho ştatında 20-yə yaxın qatar vaqonu dəmiryolu stansiyası yaxınlığında relsdən çıxıb.
Mənbə yazır ki, relsdən çıxan vaqonların əksəriyyəti boş olub.
Təhlükəli materialların ətrafa dağılması və ya insident nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisə yerində təmizləmə işləri aparılır, hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.




Mənbə: East Idaho News

Oxşar xəbərlər