Afrika liderləri Moskvaya gedirlər
18-05-2023, 15:21
616

Afrika liderləri Moskvaya gedirlər

Afrika ölkələrinin dövlət başçılarından ibarət nümayəndə heyəti Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün Moskvaya gələcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, bu yaxınlarda Rusiya Federasiyası və Cənubi Afrika Respublikasının prezidentləri Vladimir Putin və Siril Ramafosa arasında baş tutan telefon danışığını xatırladıb.
Putinin sözçüsü qeyd edib ki, Rusiya “Ukraynadakı vəziyyətin nizamlanmasına töhfə verəcək istənilən təklifi böyük diqqətlə dinləməyə hazırdır”.

Oxşar xəbərlər