Paşinyan Ermənistan-Azərbaycan dəmir yolunun bərpasından danışdı
18-05-2023, 15:38
808

Paşinyan Ermənistan-Azərbaycan dəmir yolunun bərpasından danışdı

Ermənistan-Azərbaycan dəmir yolunun bərpası ilə bağlı Brüsseldə müəyyən müsbət anlaşma formalaşıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, əvvəlki təcrübəni nəzərə alaraq, məsələ ilə bağlı təfərrüatları verməyəcək. 
O, Ermənistan tərəfinin bir gün əvvəl tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsipləri əsasında kommunikasiyaları yenidən açmağa hazır olduğunu təsdiqləyib.

Oxşar xəbərlər